Tayvan adanın hava qüvvələrinin radarından itən F-16 təyyarəsinin pilotunu axtarır- ÖZƏL
7 Yanvar 10:17 DünyaTayvanın hərbi qüvvələri adanın hava qüvvələrinin F-16V qırıcısının pilotunu axtarır. Təyyarə Hualan bölgəsi sahilində radar ekranlarından itib. Olaylar.az xəbər verir ki, Focus Taiwan xəbər portalının məlumatına görə, F-16V təlim uçuşu zamanı gecə saatlarında qrupu tərk edib və radarlarla əlaqəsi kəsilib.
Hava qüvvələrinin yaydığı məlumata görə, təyyarənin pilotu, kapitan Sin, radar ekranlarından itib itməzdən əvvəl katapultasiya etmək niyyətini bildirib. Lakin hazırda onun təyyarəni tərk edib-etmədiyi təsdiqlənməyib. "Hələlik xilasedici avadanlıqdan heç bir siqnal almayıblar, buna görə də kapitan Sin-in uğurla katapultasiya edib-etmədiyi barədə inandırıcı sübut yoxdur", - deyə hava qüvvələrinin nümayəndəsi bildirib.
Axtarış-xilasetmə əməliyyatına adanın hava qüvvələri, donanma və sahil mühafizəsi cəlb olunub. Hadisə bölgəsində fəaliyyət göstərən mülki gəmilər də məlumatlandırılıb.