Yepiskop Mikael Acapahyanın işi Avropa Məhkəməsinə çıxarılır – ÖZƏL

Erməni Həvari Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, yepiskop Mikael Acapahyanın vəkilləri onun həbsi ilə bağlı çıxarılan məhkəmə qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət etməyə hazırlaşırlar. 

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı vəkil Ara Zoqrabyan verib.
Vəkilin sözlərinə görə, hazırda iddia sənədləri hazırlanır və müraciətin fevralın 4-5-nə qədər təqdim edilməsi planlaşdırılır. Zoqrabyan qeyd edib ki, müstəqil Ermənistan tarixində din xadimi ilə bağlı AİHM-ə müraciət edilməsi halı ilk dəfədir baş verir. O, mövcud vəziyyəti ötən əsrin 20-30-cu illərindəki kilsə təqibləri ilə müqayisə edib.

Qeyd edək ki, Acapahyan hakimiyyəti qəsb etmə və konstitusiya quruluşunu zorla dəyişdirməyə açıq çağırışlarda ittiham olunur.
Keçən ilin 3 oktyabr tarixində məhkəmə onu 2 il müddətinə azadlıqdan məhrum edib.
Vəkillər noyabrın 13-də bəraət tələbi ilə apellyasiya şikayəti veriblər. Növbəti məhkəmə iclası 13 yanvar 2026-cı il tarixinə təyin edilib.

Bundan əlavə, vəkillər hakimiyyətin kilsə işlərinə müdaxiləsi ilə bağlı prokurorluğa 5 şikayət təqdim etsələr də, onların hamısı rədd edilib. İndi müdafiə tərəfi yerli məhkəmələr vasitəsilə cinayət işlərinin açılmasına nail olmağa çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31