Səudiyyə Ərəbistanı maliyyə bazarlarını xarici investorlar üçün tam açır – ÖZƏL

Səudiyyə Ərəbistanı fevralın 1-dən etibarən maliyyə bazarlarını bütün xarici investorlar üçün açmağı planlaşdırır. 

Olaylar.az xəbər verir ki, bu barədə Reuters Krallığın bazar tənzimləyicisinə istinadən məlumat yayıb.

Kapital Bazarları İdarəsi tərəfindən təsdiqlənən dəyişikliklər "ixtisaslaşdırılmış xarici investor" anlayışını ləğv edir. Bununla da indiyədək yalnız müəyyən beynəlxalq investorların Səudiyyə Ərəbistanının kapital bazarına birbaşa və daimi çıxışını mümkün edən qayda aradan qaldırılır.

Tənzimləyici qurumun açıqlamasında bildirilib ki, yeni qərar dünyanın müxtəlif ölkələrindən olan investorların Səudiyyə kapital bazarına birbaşa investisiya yatırmasına imkan yaradacaq. Bu addımın vəsait axınını dəstəkləyəcəyi və bazarın likvidliyini artıracağı qeyd olunur.

İqtisadiyyatını neftdən asılılıqdan azaltmağa yönəlmiş planını artıq yarıdan çox reallaşdıran Səudiyyə Ərəbistanı xarici investorları cəlb etməyə çalışır. Bu məqsədlə ölkə Yaponiya və Honkonqdakı asiyalı tərəfdaşlarla birgə birja fondlarının yaradılması üzərində də işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31