Yəmən hökuməti STC sədrini xəyanətdə ittiham etdi- ÖZƏL
7 Yanvar 09:58 DünyaYəmən Prezident Şurası Cənub Keçid Şurasının (STC) sədri Aydarus əl-Zubeydini dövlətə xəyanətdə ittiham edib. Şura qərar verib ki, Aydarus şuradan uzaqlaşdırılsın və işi Baş Prokurorun nəzarətinə verilsin.
Olaylar.az xəbər verir ki, Prezident Şurasının açıqlamasında bildirilir ki, Aydarus cənub əyalətlərindən istifadə edərək mülki əhaliyə qarşı qanunsuzluqlar törədib, ölkənin siyasi və iqtisadi vəziyyətinə zərər vurub, Konstitusiyaya və dövlət orqanlarına təcavüz edib, dövlətin çevriliş və üsyana qarşı səylərinə mane olub və daxili ixtilafları alovlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31