Ermənistanda kilsə dövlətə qarşı çıxmamalıdır – Petrosyan – ÖZƏL
6 Yanvar 17:57 Dünya"Konstitusiyaya əsasən, dövlət kilsədən ayrıdır, lakin kilsə dövlətə və dövlətçiliyə qarşı fəaliyyət göstərməməlidir".
Olaylar.az xəbər verir ki, bu fikri yanvarın 6-da jurnalistlərlə söhbətində Ermənistan Elektrik Şəbəkələrinin (EŞA) müvəqqəti idarəçisi Romanos Petrosyan bildirib. O, Ermənistanın baş naziri Nikol Paşinyanın "bundan sonra kilsə və dövlət birlikdədir" fikrinə münasibət bildirib.
Petrosyanın sözlərinə görə, baş nazir vurğulayıb ki, bundan sonra kilsə institut kimi və dövlət cəmiyyətin formalaşmasında ali institut kimi bir-birindən ayrı fəaliyyət göstərməməlidir və kilsə dövlətə qarşı çıxmamalıdır. Məsələ məhz bundan ibarətdir.
"Bəli, kilsə dövlətlə bir olmalıdır. Çünki ölkəmizin təhlükəsizliyi, rifahı, xalqımızın gələcəyi və dinc quruculuq imkanları güclü dövlətlə təmin olunur. Kilsə isə bu prosesə hər hansı şəkildə mane olmamalı, nə də başqa dövlətlərin və ya müxtəlif güc mərkəzlərinin suverenliyimizə və ənənələrimizə qarşı alətinə çevrilməlidir", - deyə Romanos Petrosyan qeyd edib.