İran ölkəyə qarşı davam edən təhdidlərə sərt cavab verəcəyi ilə hədələyib -ÖZƏL
6 Yanvar 17:53 Dünyaİran İslam Respublikası Müdafiə Şurası ölkəyə qarşı davam edən hər hansı təhdid və müdaxilələri düşmənçilik aktı kimi qiymətləndirərək, buna qarşı sərt və ölçülü cavab veriləcəyini bəyan edib. Olaylar.az xəbər verir ki, şura tərəfindən yayılan açıqlamada bildirilir ki, "Milli maraqlara qarşı hər hansı hücum, daxili işlərə müdaxilə və ya İrana qarşı sabitliyi pozmağa yönələn hərəkətlər ölçülü, məqsədyönlü və qətiyyətli cavabla qarşılanacaq. Ölkənin təhlükəsizliyi, müstəqilliyi və ərazi bütövlüyü İslam Respublikası üçün qırmızı xəttdir".
Açıqlamada həmçinin vurğulanır ki, mövqeyini ifadə etmə sərhədlərini aşan təhdid və müdaxilələr düşmənçilik aktı kimi qiymətləndiriləcək və bunun nəticəsində ölçülü və qətiyyətli cavab veriləcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 5 yanvarda İranda riyanın kəskin dəyər itirməsi ilə bağlı etirazlar zamanı insan tələfatı baş verərsə, ABŞ-ın İrana zərbə endirə biləcəyini bildirmişdi.