Maduronun oğlu atasının ABŞ tərəfindən tutulmasına münasibət bildirib

Nikolas Maduronun oğlu Qerra Maduro atasının Amerikalı xüsusitəyinatlılar tərəfindən tutularaq ABŞ-yə aparılmasından sonra ilk dəfə ictimaiyyət qarşısında bəyanatla çıxış edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Ata, sən ailəmizin hər bir üzvünü güclü insana çevirmisən. Biz də sən geri qayıdana kimi öz borcumuzu yerinə yetirəcəyik. Vətən etibarlı əllərdədir, ata. Tezliklə bir-birimizə qucaq açacağıq - Venesuelada", -deyə o bildirib.

Qeyd edək ki, 2026-cı il yanvarın 3-də ABŞ qüvvələri Venesuelaya hücum edərək prezident Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə saxlayıblar. Yanvarın 5-də Maduronun narkokartelin yaradılması ilə bağlı cinayətlər üzrə məhkəmə prosesi başlanıb. Bununla belə, işin mahiyyəti üzrə baxılmasına ən tezi 2027-ci ildə baxılacaq.

Venesuelanın müvəqqəti prezidenti vəzifəsinə vitse-prezident Delsi Rodriges təyin edilib. Tramp Rodrigesi xəbərdar edib ki, düzgün qərarlar qəbul etmədiyi təqdirdə o, bunun "çox ağır bədəlini" ödəyəcək. Rodriges isə öz növbəsində Trampı sülhə və dialoqa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31