Merz Almaniya iqtisadiyyatının bəzi sahələrində vəziyyəti kritik adlandırıb -ÖZƏL

Almaniya kansleri Fridrix Merz ölkə iqtisadiyyatının bir neçə sahəsində vəziyyətin kritik olaraq qaldığını bildirib. Olaylar.az xəbər verir ki, bu barədə o, Bundestaqın Xristian Demokrat / Xristian Sosial İttifaqı (XDS/XSS) və Sosial-Demokrat Partiyasının (SDP) deputatlarına ünvanladığı məktubunda qeyd edib. Məktubdan sitatları DPA agentliyi yayıb.
Mers vurğulayıb ki, federal hökumətin indiyədək atdığı addımlar Almaniya iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin artmasına hələlik səbəb olmayıb və "bəzi sahələrdə vəziyyət kritik olaraq qalır". Onun sözlərinə görə, 2026-cı ildə əsas diqqət iqtisadi şəraiti köklü şəkildə yaxşılaşdırmağa yönələn düzgün siyasi və qanunvericilik qərarlarının qəbuluna yönəldilməlidir.
Kansler həmçinin bildirib ki, Almaniya hökuməti Ukraynaya dəstəyi davam etdirmək niyyətindədir və eyni zamanda atəşkəsin əldə olunması istiqamətində diplomatik səylər göstərir. "Biz bu diplomatik fəaliyyəti mürəkkəb şəraitdə həyata keçiririk", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31