Venesuelada andiçmə mərasimində maraqlı anlar: İran səfirinin bu hərəkəti GÜNDƏM OLDU
6 Yanvar 13:41 DünyaVenesuelada keçirilən andiçmə mərasimi maraqlı anlarla yadda qalıb.
Musavat.com xəbər verir ki, ölkənin müvəqqəti prezidenti Delsi Rodriqez tədbir zamanı dost və tərəfdaş ölkələrin nümayəndələrinə xüsusi diqqət göstərib. O, mərasimdə iştirak edən Çin və Rusiya səfirlərini səmimi şəkildə qucaqlayıb.
Lakin İran səfiri ilə bağlı diqqətçəkən məqam yaşanıb. Belə ki, Rodriqezin qucaqlamaq istədiyi İranın Venesueladakı diplomatik nümayəndəsi bu jestə qarşılıq verməyib və məsafə saxlayıb. Həmin anlar mərasim iştirakçılarının və sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.
Qeyd edək ki, Delsi Rodriqezin müvəqqəti prezident kimi andiçmə mərasimi Venesuelada siyasi proseslərin gərgin fonunda baş tutub və tədbirdə bir sıra xarici ölkələrin rəsmi nümayəndələri iştirak ediblər.