Artur Xaçatryan: Paşinyan kilsəyə qarşı siyasi təzyiqlər göstərir – ÖZƏL
6 Yanvar 13:05 DünyaKilsə siyasətdənkənar (üstsiyasi) bir qurumdur, lakin Nikol Paşinyan onu siyasi repressiyalara məruz qoymağa çalışır və bu məqsədlə kilsə daxilində də özünə tərəfdarlar tapır.
Olaylar.az xəbər verir ki, bu fikirləri yanvarın 6-da jurnalistlərlə söhbətində "Ermənistan" blokundan olan deputat Artur Xaçatryan səsləndirib.
Onun sözlərinə görə, müxalifət hər zaman Müqəddəs Eçmiədzin Ana Taxtını dəstəkləyib və bu məsələdə heç kəsdə şübhə yoxdur. Xaçatryan bildirib ki, vaxtaşırı həbsdə olan ruhaniləri ziyarət edir: "31 dekabrda arxiyepiskop Baqrat Qalstanyanı, ondan iki gün əvvəl isə arxiyepiskop Mikael Acapahyanı ziyarət etdim".
Deputat qeyd edib ki, Acapahyanın bir dəfə dini ayinlərdə iştirakına maneə yaradılıb. Onun qiymətləndirməsinə görə, Nikol Paşinyanla 10 yepiskopun birgə bəyanatı kilsəyə qarşı növbəti təzyiq dalğasıdır.
Artur Xaçatryan əlavə edib ki, bu gün Paşinyan büdcə təşkilatlarında çalışan şəxslərin məcburi şəkildə cəlb ediləcəyi siyasi şou təşkil edəcək.