İrəvanda kilsə ətrafında qoşun cəmləşdirildi: fövqəladə təhlükəsizlik rejimi
5 Yanvar 19:45 Dünyaİrəvanda Müqəddəs Sərkis kilsəsi ətrafında təhlükəsizlik tədbirləri kəskin şəkildə gücləndirilib.
Musavat.com xəbər verir ki, Milad Səccadəsi ərəfəsində keçiriləcək liturqiyada baş nazir Nikol Paşinyanın iştirakının gözlənilməsi ilə əlaqədar əraziyə əlavə Milli Qvardiya qoşunları cəlb olunub.
Kilsə ətrafında nəzarət-buraxılış postları qurulub, yaxın küçələrdə hərəkətə qismən məhdudiyyətlər tətbiq edilib. Əraziyə zirehli nəqliyyat vasitələri və əlavə canlı qüvvə yeridilməsi paytaxtda diqqət çəkib.
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi Paşinyan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında son dövrlər yaşanan gərginlik fonunda xüsusi rezonans doğurur. Sosial şəbəkələrdə liturqiya zamanı etiraz aksiyalarının mümkünlüyü ilə bağlı müzakirələr aparılır.
Məlumata görə, hüquq-mühafizə orqanları mümkün insidentlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirləri maksimum səviyyəyə çatdırıb. Rəsmi qurumlar isə görülən tədbirləri "ictimai asayişin və təhlükəsizliyin təmin olunması" ilə izah edir.
Qeyd edək ki, Müqəddəs Sərkis kilsəsi Milad ərəfəsində İrəvanın ən çox ziyarət edilən dini məkanlarından biridir və baş nazirin bu mərasimdə iştirakı ölkədə həm siyasi, həm də ictimai baxımdan ciddi müzakirələrə səbəb olub.
Musavat.com