Ermənistanda turizm qalmaqalı

Ermənistan Baş Prokurorluğu 7 turizm şirkətinin direktorları barəsində açılmış cinayət işinin materiallarını aidiyyəti məhkəməyə göndərib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Yerli İstintaq Komitəsi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, Ermənistanda turizm fəaliyyəti ilə məşğul olan 7 şirkət monopoliya yaratmaqda ittiham olunur. Xüsusilə, həmin 7 şirkətin rəhbərləri anti-rəqabət razılaşması əsasında başqa şirkətlərə aviabiletlərin satışından imtina edib, eləcə də onlarla əməkdaşlıq edən tərəfdaşlarla işləməkdən çəkiniblər.

Eyni zamanda, Ermənistan Respublikasının Maliyyə Nazirliyi dövlətə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki iddia qaldırıb. Məhkəmənin 25 dekabr 2025-ci il tarixli qərarına əsasən, Ermənistanın dövlət büdcəsinə 53 milyon dram (təxminən 237 min manat) məbləğində vəsaitin müsadirə edilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31