Makronun arvadına görə 8 nəfər cəza aldı

Paris məhkəməsi Fransa Prezidentinin həyat yoldaşı Bricit Makron haqqında yalan məlumatların onlayn dərc olunması ilə əlaqədar 10 nəfərə şərti cəza verib.

Globalinfo.az xəbər verir ki, bu barədə "France Info " radiosu məlumat yayıb.

"Jurnalistlər işin səkkiz kişi və iki qadınla əlaqəli olduğunu aşkar ediblər. Məhkəmənin müəyyən etdiyi kimi, onlar Bricit Makronun kişi doğulduğunu iddia edərək internetdə məlumat yayıblar. Bu iş üzrə maksimum cəza səkkiz aylıq şərti həbs cəzası idi. Lakin prokurorluq bir ilə qədər şərti cəza tələb etmişdi",  deyə bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31