Zelenski təhlükəsizlik xidmətinə yeni rəhbər təyin edib

Ukrayna prezidenti Volodimir Zelenski Yevgeniy Xmaranı Ukrayna Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edib.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xmara bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin "A" xüsusi əməliyyat mərkəzinin rəisi vəzifəsində çalışıb.

Qeyd edilir ki, Vasili Malyuk Ukraynanın Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.

O, quruma 2022-ci ilin iyul ayından rəhbərlik edirdi.

"Xidmətin rəhbəri vəzifəsindən gedirəm. Amma SBU sistemində qalaraq, düşmənə maksimum zərər vuracaq dünya səviyyəli asimmetrik xüsusi əməliyyatları həyata keçirməyə davam edəcəyəm",- deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31