İsveçrə Maduronun aktivlərini dondurub
5 Yanvar 16:46 Dünyaİsveçrənin Federal Şurası (hökuməti-red.) Venesuela prezidenti Nikolas Maduronun və onun ən yaxın ətrafına daxil olan şəxslərin bütün aktivlərini dondurub.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçrə hökumətinin rəsmi bəyanatında deyilir.
"2026-cı il yanvarın 5-də Federal Şura dərhal qüvvəyə minməklə İsveçrədə yerləşən Nikolas Maduronun və onun yaxın ətrafına aid şəxslərin bütün aktivlərinin bloklanması barədə qərar qəbul edib",- bəyanatda qeyd olunur.
Qeyd edək ki, yanvarın 3-də ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq ölkədən çıxarıldığını açıqlayıb.
O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata keçirib:
"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!"