İran Maduro ilə bağlı ağlasığmaz məlumat yaydı
5 Yanvar 16:35 Dünya"İran dövlət televiziyası Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ABŞ-ın hərbi əməliyyatı zamanı həbs edilməsi və hakimiyyətinin süquta uğraması ilə bağlı yayılan xəbərləri təkzib edib".
Globalinfo.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
"Bu təkzib nüfuzlu beynəlxalq media orqanlarının Maduro və həyat yoldaşının ABŞ qüvvələri tərəfindən saxlanıldığına dair ardıcıl və detallı məlumatlar yaydığı bir vaxta təsadüf edir.
İran dövlət televiziyası xəbərləri "Maduronun süqutu iddiaları" kimi təqdim edərək inkar edib. Dövlət televiziyasının aparıcısı Səhər Emami isə efirdə istifadə etdiyi ton və ifadələrlə əsas diqqəti Venesueladakı hadisələrdən yayındıraraq, xəbərləri ABŞ və Qərb mediasının "təbliğatı" kimi qələmə verib", - deyə qeyd edilib.