Zelenski Kanadanın keçmiş XİN rəhbərini özünə müşavir təyin edib (FOTO)

Ukrayna prezidenti Volodimir Zelenski Kandanın keçmiş XİN rəhbəri Kristiya Frilandı özünün ştatdankənar müşaviri təyin edib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının saytında müvafiq sənədin mətni dərc olunub.

"Kristiya Friland Ukrayna Prezidentinin iqtisadi inkişaf məsələləri üzrə ştatdankənar müşaviri təyin edilsin",- sənəddə bildirilir.

Qeyd edək ki, Friland 2017-2019-cu illərdə Kanadanın xarici işlər naziri vəzifəsini tutub, 2019-2024-cü illərdə Kanadanın baş nazirinin müavini olub. Onun 2024-cü ilin dekabrında maliyyə naziri vəzifəsindən qəfil istefası hökümətdaxili çəkişmələrə yol açıb və nəticədə Kanadanın keçmiş baş naziri Castin Tryudo istefa verdiyini elan edib.

Friland sərt anti-Rusiya mövqeyi ilə tanınır.

Zelenski Kanadanın keçmiş XİN rəhbərini özünə müşavir təyin edib (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31