Tramp və arvadı aylar sonra Maskla eyni masada

ABŞ prezidenti Donald Tramp ilə milyarder İlon Mask arasında baş tutan son görüş diqqət mərkəzinə çevrilib. Bir vaxtlar yaxın münasibətləri ilə seçilən, lakin sonradan araları dəyən bu iki nüfuzlu fiqurun birlikdə şam yeməyi yeməsi gərginliyin aradan qalxması kimi qiymətləndirilir.

Olaylar.az xəbər verir ki, İlon Mask bazar günü rəsmi X hesabında paylaşım edərək, "Dünən gecə Prezident Tramp və həyat yoldaşı Melaniya ilə gözəl bir şam yeməyi yedik. 2026-cı il möhtəşəm olacaq!" sözlərini yazıb və görüşdən bir foto yayımlayıb.

Şəkilin Trampın Floridadakı Mar-a-Lago malikanəsində, şənbə axşamı keçirilən tədbir zamanı çəkildiyi bildirilir.

Analitiklər bu görüntünü aylarla davam edən fikir ayrılıqlarından sonra Tramp və Mask arasında münasibətlərin normallaşmasının ilk açıq siqnalı kimi dəyərləndirirlər.

Xatırladaq ki, İlon Mask 2024-cü il prezident seçkiləri kampaniyası zamanı Trampa yüz milyonlarla dollar ianə etmiş, bunun ardınca isə yeni yaradılan Hökumət Səmərəliliyi Departamentinin rəhbəri təyin olunmuş və prezidentin ən yaxın məsləhətçilərindən birinə çevrilmişdi. Lakin sözügedən departamentin on minlərlə dövlət işçisini işdən çıxarması ictimai narazılıq yaradıb. Bunun fonunda Mask və Tesla şirkətinə qarşı genişmiqyaslı boykotlar başlayıb və nəticədə Mask 2025-ci ilin ortalarında Ağ Evi tərk etmək məcburiyyətində qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31