417 min dollar pensiya: aldığı məbləğ maaşını da ötür
5 Yanvar 13:50 DünyaABŞ-ın sabiq prezidenti Co Bayden ölkə tarixində liderlər arasında ən yüksək pensiya alan şəxs olub.
Olaylar.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Məlumata görə, Baydenin illik pensiyası 417 min dollar təşkil edir ki, bu da onun prezident olduğu dövrdə aldığı maaşdan 17 min dollar çoxdur.
Nəşr yazır ki, Baydenin bu qədər yüksək pensiya alması onun uzunmüddətli siyasi karyerası ilə bağlıdır. O, illər ərzində senator, vitse-prezident və ABŞ prezidenti vəzifələrində çalışdığı üçün müxtəlif dövlət qurumlarından pensiya və ödənişlər alır.
Qeyd olunur ki, bu göstərici Baydeni ABŞ tarixində ən yüksək pensiya təminatına malik siyasi liderə çevirir və məsələ ölkə daxilində geniş müzakirələrə səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31