Türkiyə Putin və Zelenski ilə birbaşa təmas qura bilən yeganə ölkədir - Ərdoğan
5 Yanvar 13:25 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə birbaşa təmas qurmaq imkanından danışıb.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"Türkiyə həm cənab Putin, həm də cənab Zelenski ilə birbaşa ünsiyyət qura bilən yeganə aktordur. Bizim qapılarımız hər kəs üçün açıqdır. Mən bu mövzuda qətiyyətimi hər iki liderə açıq şəkildə, dəfələrlə ifadə etmişəm",- deyə Türkiyə lideri vurğulayıb.
Xatırladaq ki, Ərdoğan yanvarın 2-də yaxın zamanda Amerikalı həmkarı Donald Trampla Ukrayna münaqişəsinin nizamlanması üzrə planı müzakirə etməyi planlaşdırdığını bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31