Latviya Prezidenti Qrenlandiya ətrafındakı müzakirələrə münasibət bildirib – ÖZƏL
5 Yanvar 13:15 DünyaOlaylar.az xəbər verir ki, Latviya Prezidenti Edqars Rinkeviçs sosial şəbəkə hesabında Danimarka və Qrenlandiyanın statusu ilə bağlı bəyanat yayıb. Rinkeviçs Danimarkanın NATO daxilindəki əhəmiyyətini vurğulayaraq, Qrenlandiyanın bu ölkənin ayrılmaz tərkib hissəsi olduğunu xatırladıb.
Prezident öz paylaşımında qeyd edib: "Danimarka güclü demokratiyaya malik ölkə və NATO-nun etibarlı müttəfiqidir. Qrenlandiya isə Danimarkanın ayrılmaz hissəsidir. ABŞ-nin legitim təhlükəsizlik ehtiyaclarını anlamaqla yanaşı, inanıram ki, bu məsələlərin həlli Danimarka və ABŞ arasında birbaşa dialoq, eləcə də kollektiv müdafiə çərçivəsində mümkündür."
Qeyd edək ki, bu bəyanat ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik maraqlarını əsas gətirərək Qrenlandiyanın ABŞ üçün zəruri olduğu barədə verdiyi son açıqlamalardan sonra gəlib.