Çin BMT TŞ-nin Venesuela ilə bağlı növbədənkənar iclasının keçirilməsini istəyir
5 Yanvar 12:35 DünyaÇin tərəfi ABŞ-nin Venesuelaya zərbələrinə dair müzakirə üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini dəstəkləyir.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tzyan brifinqdə çıxış edib.
"Biz hesab edirik ki, Təhlükəsizlik Şurası öz öhdəliklərinə uyğun olaraq bu məsələdə layiqli rol oynamalıdır", -deyə diplomat vurğulayıb.
O əlavə edib ki, Pekin beynəlxalq ictimaiyyətlə birlikdə BMT Nizamnaməsini qətiyyətlə müdafiə etməyə, həmçinin beynəlxalq ədalət və hüququ qorumağa hazırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31