Vulin: Avropa-Balkan sammitləri Serbiyaya qarşı yönəlib- ÖZƏL

Serbiyanın sabiq baş nazir müavini Aleksandar Vulin Avropa İttifaqı ilə Qərbi Balkan ölkələrinin sammitlərini Serbiyanı təzyiq altında saxlamaq və əhatəyə almaq məqsədi ilə istifadə edilən bir vasitə hesab edir. Olaylar.az xəbər verir ki, Vulin TASS-a açıqlamasında bildirib ki, "bu sammitin məqsədi Serbiyanı idarə etmək və əhatəyə almaqdır. Bu sammit Serbiya üçün deyil, Serbiyaya qarşıdır".
O, Serbiya Prezidenti Aleksandar Vuçiçin sammitə qatılmama qərarını alqışlayıb: "Mən Prezident Vuçiçin bu cəsur qərarını səmimi qəlbdən alqışlayıram. Çünki ölkənin hökumət üzvlərinin əksəriyyəti onun sammitdə iştirak etməməsinə qarşı idi. Ola bilsin ki, bunu açıq deməyə cəsarətləri çatmır, amma səfirliklərdə şikayət edirlər və bildirirlər ki, Prezident Vuçiç öz təşəbbüsü ilə hərəkət edib", - deyə Vulin qeyd edib.
Sabiq baş nazir müavini vurğulayıb ki, Serbiyanın Avropa İttifaqı ilə münasibətində dəyişiklik etməsi vacibdir: "Serbiyanın yeri belə bir sammitdə deyil, burada ondan Kosovu tanıması və Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməsi tələb olunur. Bu, bizim maraqlarımıza uyğun deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31