İranda xaos böyüyür: 78 şəhər ayağa qalxdı – Ölü sayı artır
5 Yanvar 12:32 Dünyaİranda etirazlar səkkiz gündür davam edir.
Globalinfo.az xəbər verir ki, bu barədə İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.
"İğtişaşların coğrafiyası 26 vilayətin 78 şəhərində yerləşən 222 nöqtəni əhatə edib. Eyni zamanda saxlanılanların sayı təxminən min nəfərə, həyatını itirən etirazçıların sayı isə azı 20 nəfərə çatıb.
Təsdiqlənmiş məlumatlarına əsasən, təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsinə, polis və təhlükəsizlik qüvvələrinin sayının artırılmasına, eləcə də bəzi bölgələrdə qarşıdurmaların davam etməsinə baxmayaraq, etirazların coğrafiyası geniş olaraq qalır və ölkənin müxtəlif yerlərində etiraz fəaliyyətlərinin müxtəlif formaları davam edir.
Bu müddət ərzində azı 990 vətəndaş saxlanılıb, etirazlar zamanı isə azı 19-20 nəfər həyatını itirib", - məlumatda qeyd edilib.