Sərt ritorikadan dialoqa?- Venesuela Vaşinqtona təklif göndərdi
5 Yanvar 12:18 DünyaVenesuelada prezident səlahiyyətlərini icra edən Delsi Rodriges ABŞ-la münasibətlərin normallaşdırılması istiqamətində açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, o, Vaşinqtonu birgə əməkdaşlıq gündəliyi üzərində işləməyə çağırıb.
Rodriges bildirib ki, Venesuela üçün əsas prioritet ABŞ-la, eləcə də region ölkələri ilə balanslı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasıdır. Onun sözlərinə görə, bu münasibətlər suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə söykənməlidir.
"Biz ABŞ və Venesuela arasında, eləcə də Venesuela ilə region ölkələri arasında suveren bərabərlik və müdaxilə etməmək prinsiplərinə əsaslanan balanslı və hörmətli beynəlxalq münasibətlərin inkişafını prioritet hesab edirik. Bu prinsiplər diplomatiyamıza dünyanın digər ölkələri ilə münasibətlərdə istiqamət verir", - deyə Rodriqesin bəyanatında qeyd olunur.
O həmçinin ABŞ-a beynəlxalq hüquq çərçivəsində, ortaq inkişafı hədəfləyən əməkdaşlıq gündəliyi üzərində birgə işləməyi təklif edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rodriqeslə bağlı sərt açıqlama verərək, onun başına Madurodan da pis hadisələrin gələ biləcəyini istisna etmədiyini bildirmişdi.