Orban: ABŞ-ın Venesuelaya qarşı hərəkətləri liberal dünya nizamının çöküşünü göstərir- ÖZƏL 

Olaylar.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, ABŞ-ın Venesuelaya qarşı hərəkətləri mövcud liberal dünya nizamının dağınıq olduğunu, lakin yeni dünya nizamının hələ formalaşmadığını göstərir. Orban bunu ABŞ prezidenti Donald Tramp tərəfindən Venesuelanın lideri Nikolas Maduroya qarşı həyata keçirilən hərbi əməliyyatla əlaqələndirib.
Baş nazir qeyd edib ki, Trampın ABŞ-a qayıtması liberal dünya nizamına "ölümcü zərbə" vurub. Orban əlavə edib: "Lakin yeni dünya hələ formalaşma mərhələsindədir. Qarşımızda daha sabitsiz, proqnozlaşdırılması çətin və təhlükəli illər durur."
Orban vurğulayıb ki, əgər onun rəhbərlik etdiyi "FİDES - Macarıstan Vətəndaş İttifaqı" partiyası apreldə keçiriləcək parlament seçkilərində qalib gələrsə, Macarıstan "sülh və təhlükəsizlik yolu" ilə irəliləyəcək: "Biz Macarıstan gənclərini cəbhəyə göndərmək istəmirik və ölkəni, iqtisadiyyatı dağıtmaq niyyətində deyilik. Biz Ukraynadakı münaqişədən uzaq duracağıq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31