Zelenski 2026-cı ildə ən çətin siyasi dövrlə üzləşə bilər- ÖZƏL 

Olaylar.az xəbər verir ki, Britaniyanın "The Guardian" qəzetinin köşə yazarı Şon Uolkerin qənaətinə görə, Ukrayna prezidenti Volodimir Zelenski 2026-cı ildə indiyədək qarşılaşdığı ən ciddi çağırışlarla üz-üzə qala bilər. Məqalədə qeyd olunur ki, ukraynalılar növbəti qışı elektrik enerjisinin fasilələrlə verilməsi fonunda keçirir və cəmiyyətdə "müharibədən yorğunluq" hissi güclənir. Uolker yazır ki, "Ukraynalılar növbəti qışı enerji kəsintiləri ilə keçirirlər... Elə təəssürat yaranır ki, yaxın vaxtlarda onlara bir nəfəslik fasilə lazımdır. Ukrayna özünü tükənmiş hiss edir."
Müəllif xatırladır ki, Zelenski 2019-cu ildə beşillik müddətə prezident seçilsə də, artıq yeddinci ildir vəzifədə qalır və bu səbəbdən həm Avropada, həm də Kiyevin daxilində siyasi təzyiqlər artır. Onun səlahiyyət müddəti 20 may 2024-cü ildən sonra rəsmi olaraq başa çatsa da, ölkədə prezident seçkiləri hələlik keçirilməyib. Zelenski isə daha əvvəl açıqlamasında legitimlik məsələsinin onu narahat etmədiyini bildirib.
Məqalədə qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə Zelenskinin legitimliyinin bitdiyini vurğulayaraq, hüquqi baxımdan kimlə danışıqlar aparılmasının aydınlaşdırılmasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, hazırkı vəziyyət potensial sülh sənədlərinin hüquqi etibarlığını sual altında qoya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31