Maduronun azad edilməsi məqsədilə xüsusi komissiya yaradıldı

"Venesuela hakimiyyəti ölkə Prezidenti Nikolas Maduro və xanımı Siliya Floresin azad edilməsi məqsədilə xüsusi komissiya yaradıb".

Xarici KİV-lər   xəbər verir ki, bu sözləri Venesuelanın informasiya və kommunikasiya naziri Freddi Nyanes deyib.

O bildirib ki, müvafiq komissiyaya Milli Assambleyanın sədri Xorxe Rodrigez rəhbərlik edəcək.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Ölkə Prezidenti Nikolas Maduro və xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək ölkədən çıxarılıb.Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31