Sıradakı hədəf BU ÖLKƏDİR – ŞOK təhdid
5 Yanvar 10:56 DünyaABŞ Prezidenti Donald Trampın Venesueladan sonra yeni hədəfini açıqlayıb. Trampın son açıqlamaları Latın Amerikasında gərginliyi daha da artırıb.
Olaylar.az Musavat.com-a istinadən xəbər verir ki, ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronun xüsusi əməliyyatla ələ keçirməsindən sonra Vaşinqtonun bölgədə hərbi təhdidlərini davam edir.
Tramp bəyan edib ki, Venesuelada ABŞ-ın tələblərini yerinə yetirməyən yeni hökumət ikinci hərbi müdaxilə ilə üzləşə bilər.
Tramp həftəsonu "Air Force One" təyyarəsində jurnalistlərə açıqlamasında həm Venesuela, həm də Kolumbiya ilə bağlı sərt mesajlar verib. ABŞ lideri Kolumbiyada ABŞ dəstəkli mümkün "əməliyyat" ehtimalını istisna etməyib və bu sözlər regionda narahatlıq doğurub.
ABŞ Prezidenti Kolumbiya Prezidenti Qustavo Petroya qarşı da ittihamlar səsləndirib, onu narkotik qaçaqmalçılığı ilə əlaqələndirib. Tramp daha əvvəl Maduronu da oxşar ittihamlarla hədəf almışdı.
Tramp Venesuelada keçirilən hərbi əməliyyatdan sonra ölkə üzərində nəzarətin ABŞ-də olduğunu iddia edib. O bildirib ki, müvəqqəti prezident təyin edilən Delsi Rodriges Vaşinqtonla əməkdaşlıq etməsə, Venesuelaya ikinci zərbə endirilə bilər.
Venesuela hökuməti isə ABŞ-yə dialoq çağırışı edib. Müvəqqəti lider Delsi Rodriges Vaşinqtonla "qarşılıqlı hörmətə əsaslanan münasibətlər" istədiklərini bildirib və müharibə yox, sülh və dialoqa üstünlük verilməli olduğunu vurğulayıb.
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-ın Venesueladakı addımlarını Latın Amerikasının suverenliyinə təhdid adlandırıb. Bu açıqlamalar Trampın sərt reaksiyasına səbəb olub. ABŞ Prezidenti Petroya "özünə diqqət etməli olduğunu" deyib və Kolumbiyanın ABŞ üçün potensial hədəfə çevrilə biləcəyinə eyham vurub.
Beynəlxalq mətbuatın yazdığına görə, Trampın bu bəyanatları Kolumbiyaya qarşı mümkün hərbi müdaxilə ehtimalını gücləndirib. Son aylarda ABŞ-ın Karib hövzəsindəki hərbi fəallığı iki ölkə arasında gərginliyi artırıb.
Digər tərəfdən, Kuba hökuməti Venesuelada aparılan əməliyyatlar zamanı 32 Kuba vətəndaşının öldüyünü açıqlayıb və ölkədə iki günlük milli matəm elan edib. Kuba Prezidenti Migel Dias-Kanel hücumları "cinayət xarakterli" adlandıraraq beynəlxalq ictimaiyyəti reaksiya verməyə çağırıb.
Tramp isə Kubanı birbaşa hədəf alaraq, kommunist idarəetmə altındakı ölkənin "çöküşə hazır olduğunu" iddia edib. ABŞ Prezidenti eyni zamanda İranla bağlı da təhdidlərini yeniləyib və etirazçılara qarşı zorakılıq olacağı təqdirdə Tehranın "ağır cavab alacağını" bildirib.