Zurabişvilidən diktatorlar haqqında kəskin paylaşım – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili Venesuelada baş verən hadisələrə münasibət bildirərək sosial şəbəkə hesabında sərt bəyanat yayıb.

Zurabişvili tarixdəki müstəbid rəhbərlərin siyahısını sadalayaraq vurğulayıb ki, mütləqiyyət və amansız güc heç vaxt əbədi deyil: "Neron, Kaliqula, Domisian, Teymurləng, Stalin, Hitler, Mussolini, Çauşesku, Pol Pot, Qəddafi, Səddam Hüseyn, Bəşər Əsəd, Maduro... Heç nə əbədi deyil! Diktator nə qədər güclü, hakimiyyəti nə qədər amansız olsa da, son qaçılmazdır və bu son demək olar ki, həmişə çox ağır olur."

Qeyd edək ki, Gürcüstan keçmiş prezidentinin bu reaksiyası Venesuelada keçirilən və beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olan prezident seçkilərindən sonrakı gərginlik fonunda gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31