Maskdan Ermənistana inanılmaz hədiyyə

Məşhur milyarder İlon Maskın "SpeysX" şirkətinə məxsus "Starlink" şirkəti Ermənistanın ucqar yaşayış məntəqələrindəki məktəblərdə internetə çıxışı yaxşılaşdırmaq üçün 100-dən çox terminal bağışlayacaq.

Axar.az  bildirir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan deyib.

Nazir terminalların əsasən ucqar və əl çatmayan yaşayış məntəqələrində yerləşən məktəblərə yönəldiləcəyini bildirib.

Nazir əlavə edib ki, bu təşəbbüs bağlantını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, rəqəmsal inklüzivliyi təşviq edəcək və minlərlə tələbə üçün onlayn təhsilə çıxışı təmin edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31