İranda müharibə başladı: alovsaçanla hücum edilir

İranın paytaxtı Tehranda gərginlik pik həddə çatıb, etirazçılar yolları bağlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Bildirilir ki, etiraz aksiyaları artıq silahlı qarşıdurma - vətəndaş müharibəsi mərhələsinə keçib.

Etirazçılar hökumətə, xüsusilə Ali rəhbər Əli Xameneiyə qarşı şüar səsləndirirlər.

SEPAH 15 yaşlı yeniyetməni öldürəndən sonra etirazçılar silaha əl atıblar. Hazırda İran küçələri müharibə meydanını xatırladır. Silahlı etirazçılar aksiyaları zor tətbiq etməklə dağıtmaq istəyən polisə müqavimət göstərir. 

APA yazır ki, etirazçılar təhlükəsizlik qüvvələrinin hərəkətinin qarşısını almaq üçün şəhərlərin girişlərində yanan barrikadalar qurur, bəzi qruplar isə avtomat silahlarla silahlanıb.

Ölkənin cənub-qərbində yerləşən yaşayış məhəllələrində atəş səsləri eşidilir. Əhvaz şəhərində bir neçə mülki şəxsin yaralandığı bildirilir.

Yanğın barrikadaları səbəbindən təhlükəsizlik qüvvələrinin hadisə yerinə çatmaqda çətinlik çəkdiyi qeyd olunur. Mehəllat şəhərində yol polisi postu və polis avtomobili yandırılıb, etirazçılardan birinin polis əməkdaşlarına qarşı əl istehsalı olan alovsaçanla hücum etdiyi bildirilir.

İlam vilayətində öldürülmüş etirazçının dəfn mərasimi zamanı "İslam Respublikasına ölüm" şüarları səsləndirilib. Bundan bir gün əvvəl İranın ali rəhbəri iğtişaş iştirakçılarına qarşı sərt tədbirlərin görülməsinə çağırış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31