Delsi Rodrigez ABŞ prezidentinə açıq müraciət etdi
5 Yanvar 08:37 DünyaVenesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges Vaşinqtonla birgə gündəm üzərində işləməyi təklif edib.
Musavat.com xəbər verir ki, Rodrigez mövqeyini özünün Telegram kanalında açıqlayıb: "Biz ABŞ və Venesuela, eləcə də Venesuela ilə region ölkələri arasında suveren bərabərlik və müdaxilə etməməyə əsaslanan balanslı və hörmətli beynəlxalq münasibətlərin inkişaf etdirilməsini prioritet hesab edirik. Bu prinsiplər dünyanın qalan hissəsi ilə qarşılıqlı əlaqələrimizdə diplomatiyamızı istiqamətləndirir".
O, həmçinin ABŞ-ın beynəlxalq hüququ nəzərə alaraq "ortaq inkişafa yönəlmiş əməkdaşlıq gündəliyi üzərində birgə işləməyi" təklif edib.
Rodrigez Venesuelanın "sülhə və dinc birgəyaşayışa" sadiq olduğunu və "xarici təhdidlər olmadan" yaşamaq istədiyini vurğulayıb: "Prezident Donald Tramp, xalqımız və bölgəmiz müharibəyə deyil, sülhə və dialoqa layiqdir. Bu, Prezident Nikolas Maduronun mövqeyi olub və qalır və bu, hazırda bütün Venesuelanın mövqeyidir".