Netanyahudan İrana XƏBƏRDARLIQ: “Trampla müzakirə olunub, başqa seçim yoxdur!”
4 Yanvar 18:48 Dünyaİsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, nüvə materialları İrandan çıxarılmalı, ölkənin nüvə proqramı obyektləri isə tam və daimi nəzarət altına alınmalıdır.
Musavat.com xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin iclasında iclasında bildirib.
Baş nazir vurğulayıb ki, İran məsələsi ötən həftə ABŞ prezidenti Donald Trampla görüşündə əsas mövzulardan biri olub.
"Biz birgə mövqeyimizi bir daha təsdiqlədik: İranda uran zənginləşdirilməsi olmamalıdır. Eyni zamanda, İrandan 400 kiloqram zənginləşdirilmiş materialın çıxarılması və ölkənin nüvə obyektlərinə ciddi, real nəzarətin təmin edilməsi vacibdir", - "The Times of Israel" qəzeti İsrail baş nazirinin sözlərinə istinadən yazıb.
Netanyahu qeyd edib ki, Trampla görüşündə Qəzza zolağındakı vəziyyət də müzakirə olunub. Onun özlərinə görə, Amerika prezidenti Fələstin HƏMAS hərəkatının tərksilah edilməsi məsələsində sərt mövqe tutur.
"Başqa seçim yoxdur. Bu, Trampın 20 maddəlik sülh planının həyata keçirilməsi üçün zəruri, fundamental şərtdir", - baş nazir deyib.