ABŞ-nin Venesuelada əməliyyatı nəticəsində azı 40 nəfər həlak olub

Venesuelada ABŞ-nin həyata keçirdiyi hərbi əməliyyat nəticəsində ölənlərin sayı açıqlanıb.

Milli.Az-ın məlumatına görə, "The New York Times" (NYT) adı açıqlanmayan venesuelalı rəsmi mənbəyə istinadən xəbər yayıb ki, əməliyyat zamanı azı 40 nəfər həyatını itirib.

Qeyd edilir ki, bu rəqəm ilkin məlumatdır və dəqiqləşdirilməsi gözlənilir.

Əvvəlki açıqlamalarda isə Venesuelanın vitse-prezidenti Delsi Rodriges bildirmişdi ki, ABŞ-ın hava zərbələri nəticəsində yalnız hərbçilər deyil, həmçinin dövlət məmurları və mülki şəxslər də həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31