İranda polis idarəsinə basqın - ölən və yaralananlar var
4 Yanvar 13:11 Dünyaİranda polis idarəsinə edilən hücum nəticəsində ölən və yaralananların sayı artıb.
Fars agentliyinin verdiyi xəbərə görə, Elam vilayətinin Məlikşah şəhərində iğtişaşçılar polis idarəsinə daxil olmağa cəhd ediblər.
Bu zaman silahlı qarşıdurma baş verib və üç nəfər həyatını itirib.
"Mehr" Xəbər Agentliyinin məlumatına əsasən, ölənlərdən biri hüquq-mühafizə orqanlarının əməkdaşı, digər ikisi isə etirazçılardır. Hadisə zamanı bir neçə nəfərin də yaralandığı bildirilir.
Xatırladaq ki, İranda ümumxalq etirazları çərçivəsində bundan əvvəl üç nəfərin öldüyü açıqlanmışdı.
Qeyd olunur ki, son illərdə İranda milli valyutanın dollara qarşı kəskin ucuzlaşması və yüksək inflyasiya nəticəsində ölkədə son üç ilin ən genişmiqyaslı etiraz aksiyaları keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31