Pekin ABŞ-dan tələb etdi: dərhal azad et!
4 Yanvar 12:14 DünyaÇin Xarici İşlər Nazirliyinin sözçüsü bazar günü bildirib ki, Pekin ABŞ-ni Venesuela prezidenti Nikolas Maduronu və həyat yoldaşını dərhal azad etməyə çağırıb.
Musavat.com xəbər verir, departament sözçüsü bu bəyanatı ABŞ-nin şənbə günü keçirdiyi əməliyyatla bağlı verib.
"Çin Maduronun və onun həyat yoldaşının ABŞ tərəfindən zorla tutulması və ölkədən çıxarılması ilə bağlı ciddi narahatlığını ifadə edir",- sözçü deyib.
O, əlavə edib ki, ABŞ-ın hərəkətləri beynəlxalq hüququn, beynəlxalq münasibətlərin fundamental normalarının, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin açıq şəkildə pozulmasıdır.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ölkəsi ABŞ-ni Maduronun və onun həyat yoldaşının şəxsi təhlükəsizliyini təmin etməyə, onları dərhal azad etməyə, Venesuela hökumətinin devrilməsini dayandırmağa və problemləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırır.