Venesuela Ali Məhkəməsi Rodrigezlə bağlı qərar verdi
4 Yanvar 09:30 DünyaVenesuela Ali Məhkəməsi icraçı vitse-prezident Delsi Rodrigezi dövlət başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edib.
Məlumatı hakim Tania Dchr("39")Amelio Venesuela Televisión-a açıqlayıb: "Venesuela Ali Məhkəməsi (TSJ) icraçı vitse-prezident Delsi Rodrigezin Venesuela Konstitusiyasına və qanunlarına ciddi şəkildə uyğun olaraq Respublika Prezidentinin vəzifələrini dərhal icra etməsini əmr edib".
O, izah edib ki, bu qərar Ali Məhkəmənin Konstitusiya Palatası tərəfindən 3 yanvar 2026-cı ildə baş verən xarici hərbi təcavüz və Venesuela Prezidenti Nikolas Maduronun oğurlanması ilə əlaqədar olaraq verilib.
Dchr("39")Amelio qeyd edib ki, Ali Məhkəmənin qanunvericilik şərhi Respublika Prezidentinin məcburi yoxluğu halında dövlətin inzibati davamlılığının və milli müdafiənin təmin edilməsi üçün tətbiq olunan hüquqi rejimi müəyyən etmək üçün edilib. O, Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən oğurlanması ilə yaranan müstəsna vəziyyətə diqqət çəkib ki, bu da öz vəzifələrini yerinə yetirmək üçün maddi və müvəqqəti olaraq qeyri-kafilik halıdır.
Musavat.com