Tramp daha iki ölkəyə xəbərdarlıq etdi
4 Yanvar 09:22 DünyaKolumbiya prezidenti ehtiyatlı olmalıdır.
Sfera.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp vurğulayıb ki, kokain Kolumbiyadakı zavodlarda istehsal olunur və daha sonra ABŞ-a göndərilir:
"Ona görə də Qustavo Petro həqiqətən daha diqqətli olmalıdır".
Tramp Kuba barədə də danışıb. O, bu ölkənin hələ də uğursuz ölkə olduğunu söyləyib:
"Biz Kubada yaşayan insanlara kömək etmək istəyirik. Kuba məsələsi Venesueladakı vəziyyətlə çox bənzərdir".
ABŞ lideri bildirib ki, Kubaya hərbi əməliyyat planlaşdırmır:
"Bu ölkənin vəziyyəti çox pisdir. Öz-özünə çökəcək".
Qeyd edək ki, ötən gün ABŞ ordusu Karakasa zərbə endirib və ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31