Venesuela vitse-prezidentindən ŞOK AÇIQLAMALAR: “Maduro yeganə qanuni prezidentdir”

Venesuelada baş verən son hadisələrlə bağlı rəsmi Karakasdan sərt bəyanat gəlib.

Musavat.com xəbər verir ki, ölkənin icraçı vitse-prezidenti Delsi Rodriges ABŞ-ın addımlarını "uydurma əsaslarla həyata keçirilmiş açıq təcavüz aktı" adlandırıb.

Rodriges bildirib ki, Nikolas Maduro Venesuelanın yeganə qanuni prezidentidir və Vaşinqton beynəlxalq hüququ kobud şəkildə pozur. Onun sözlərinə görə, ABŞ dərhal Maduronu və onun həyat yoldaşını azad etməlidir.

Rəsmi Karakas bu çağırışla yanaşı, ABŞ-ın hərəkətlərinin regional sabitliyə ciddi təhlükə yaratdığını vurğulayır və beynəlxalq ictimaiyyəti baş verənlərə reaksiya verməyə çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31