Bir həftə əvvəl Maduroya təslim olmağı təklif etdim – Trampdan ŞOK açıqlamalar

ABŞ Venesuelanın gələcəyinə dair qərarların qəbulunda iştirak edəcək.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

O bildirib ki, ABŞ Venesuelada Maduronun yerini kiminsə tutmasına imkan verməklə risk edə bilməz.

Tramp əlavə edib ki, ABŞ Venesuelanın neft sektorunda "ciddi şəkildə iştirak edəcək".

ABŞ prezidentinin sözlərinə görə, o, bir həftə əvvəl Maduro ilə danışıb və onu könüllü təslim olmağa çağırıb.

Tramp qeyd edib ki, ABŞ Venesuelaya ikinci hücum dalğasına hazır olub, lakin buna ehtiyac qalmayıb.

Onun fikrincə, Maduronun tutulmasından sonra Çinlə heç bir problemi olmayacaq, çünki Pekin "neft əldə edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31