Türkiyə XİN-dən Venesuela ilə bağlı AÇIQLAMA

Türkiyənin Xarici İşlər Nazirliyi Venesueladakı vəziyyətin beynəlxalq hüquq çərçivəsində nizamlanmasına töhfə verməyə hazır olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, nazirlik tərəfləri təmkinli olmağa çağırıb.

Nazirliyin açıqlamasında bildirilib ki, Ankara Venesuelada baş verən son hadisələri diqqətlə izləyir və ölkənin sabitliyinə, eləcə də Venesuela xalqının sülh və rifahına böyük önəm verir.

"Mövcud vəziyyətin regional və beynəlxalq təhlükəsizliyə mənfi təsir göstərməsinin qarşısını almaq üçün bütün tərəfləri təmkinli olmağa çağırırıq. Venesueladakı böhranın beynəlxalq hüquq çərçivəsində həllinə mümkün olan hər cür konstruktiv töhfə verməyə hazırıq", - deyə XİN-in bəyanatında qeyd olunub.

Açıqlamada həmçinin vurğulanıb ki, Türkiyənin Karakasdakı səfirliyi Venesuelada yaşayan Türkiyə vətəndaşları ilə fasiləsiz əlaqə və koordinasiyanı davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31