ABŞ-da Venesuela rəhbəri Nikolas Maduro və həyat yoldaşına qarşı rəsmi şəkildə "narkoterrorizm" ittihamı irəli sürülüb.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ baş prokuroru Pam Bondi "X" hesabında paylaşıb.
Onun sözlərinə görə, Nikolas Maduro və həyat yoldaşı Siliya Flores tezliklə Nyu-Yorkda məhkəmə qarşısına çıxarılacaqlar.