Ucuz smartfonlar dövrü başa çatıb – Araşdırma
20:06 DünyaOperativ yaddaş bazarındakı böhran smartfon və kompüter qiymətlərinin artımına səbəb olacaq.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "International Data Corporation" (IDC) şirkətinin araşdırmasında deyilir.
IDC-nin vitse-prezidenti Fransisko Heronimonun hesabatında qeyd olunur ki, süni intellektin (Sİ) bum dövrü operativ yaddaşın qiymətlərində kəskin artıma gətirib çıxarıb.
Bununla əlaqədar olaraq, 2026-cı ildə smartfonlar, fərdi kompüterlər (PK) və digər istehlak elektronikası bahalaşacaq. Heronimo proqnozlaşdırır ki, ucuz operativ yaddaş, yaddaş qurğuları, smartfonlar və digər texnikanın dövrü sona yaxınlaşır.
Avadanlıqların qiymətlərinin artması süni intellekt sorğularını emal edən və böyük həcmdə operativ yaddaş modulları və yaddaş qurğularına ehtiyac duyan data-mərkəzlərin tələbatı ilə bağlıdır.
Mütəxəssisin sözlərinə görə, ən çox zərər görən bazar smartfonlar olacaq, ucuz modellərin qiymətləri 15-20 faiz artacaq.