AİB və MDB bir-birini tamamlayan inteqrasiya qurumlarıdır – Lebedev – ÖZƏL

Avropa İqtisadi Birliyi (AİB) və Müstəqil Dövlətlər Birliyi (MDB) bir-birinə rəqib deyil, əksinə, bu inteqrasiya birlikləri bir-birini tamamlayır və gücləndirir. 

Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti-yə MDB-nin baş katibi Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, MDB siyasət və təhlükəsizlikdən tutmuş iqtisadiyyat, mədəniyyət və humanitar əlaqələrədək geniş məsələləri əhatə edən dialoq və çoxtərəfli əməkdaşlıq üçün geniş platformadır.

"35 il ərzində biz möhkəm hüquqi baza və bu cür qarşılıqlı fəaliyyət üçün zəruri mexanizmlər yaratmışıq. Məhz buna görə də MDB sonradan daha dərin inteqrasiya modelinə malik birliklərin formalaşdığı 'inteqrasiya laboratoriyası' kimi haqlı olaraq qəbul olunur", - deyə Lebedev qeyd edib.

O vurğulayıb ki, Avrasiya İqtisadi Birliyi məhz bu dərinləşmiş inteqrasiyanın nəticəsidir, lakin əsas diqqəti iqtisadi sahəyə yönəldib.

Lebedevin sözlərinə görə, AİB-in iqtisadi sahədə daha sürətli inkişafı qanunauyğundur, çünki bu qurum əvvəlcədən vahid bazarın yaradılmasına yönəlmiş, fövqəlmilli səlahiyyətləri nəzərdə tutan inteqrasiya layihəsi kimi təsis edilib.

MDB-də AİB-in uğurlu təcrübəsi, o cümlədən maneəsiz ticarət mühitinin yaradılması və rəqəmsallaşma sahəsindəki nailiyyətlər diqqətlə öyrənilir. Baş katib bu prosesin qarşılıqlı, sistemli və konkret fəaliyyət planına əsaslandığını da vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31