Ermənistanda müxalif “Vətən” partiyasının baş katibi saxlanılıb – ÖZƏL
10:02 DünyaErmənistanda müxalif "Vətən" Partiyasının baş katibi Xaçik Qalstyan gecə saatlarında saxlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında vəkil Arsen Babayan məlumat verib.
Vəkil bildirib ki, Xaçik Qalstyan Antikorrupsiya Komitəsi tərəfindən uydurma ittihamla saxlanılıb və məqsəd onun barəsində həbs qətimkan tədbirinin seçilməsidir. "Siyasi təqiblər davam edir", - deyə Arsen Babayan paylaşımında qeyd edib.
Bir qədər sonra "Vətən" Partiyasının daha bir nümayəndəsi - Aram Koçaryanın da Vaqarşapat şəhərində saxlanıldığı məlum olub. Bu barədə partiyanın mətbuat katibi Ripsime Arakelyan sosial şəbəkələrdə yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31