Suriya əskinasları Bəşər Əsədin portretini zeytun təsvirləri ilə əvəz edəcək- ÖZƏL
10:01 DünyaSuriya Prezidenti Əhməd əş-Şəraa ölkədə tədavülə buraxılması nəzərdə tutulan yeni banknotların layihəsini təqdim edib. Yeni əskinaslarda Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və onun atası Həfəz Əsədin portretləri zeytun, apelsin, tut ağacı və buğda sünbüllərinin təsvirləri ilə əvəz olunacaq. Olaylar.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Prezident bildirib ki, yeni banknotların dövriyyəyə buraxılması ölkədə aparılan denominasiyanın bir hissəsidir və "köhnə dövrün sonu, yeni mərhələnin başlanğıcı" kimi qiymətləndirilir. Onun sözlərinə görə, əskinaslarda yer alan təbii motivlər Suriyanın mədəni irsini əks etdirir və milli iqtisadiyyatın dollardan asılılığını azaltmağa xidmət edir.
Qeyd edilib ki, indiyədək 2 min Suriya funtu nominalında olan banknotda Bəşər Əsədin, 1 minlik əskinazda isə Həfəz Əsədin portreti yer alırdı. Digər nominal əskinazlarda isə əsasən ölkənin mədəni irs obyektləri təsvir olunurdu.