İran: Sionist rejimin Somaliləndlə bağlı addımı regionu parçalamağa yönəlib – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bəqai keçirdiyi həftəlik mətbuat konfransında gündəmdə olan məsələlərlə bağlı açıqlamalar verib.

Somalinin tərkib hissəsi olan Somaliləndi "müstəqil dövlət" kimi tanımaq cəhdinə toxunan Bəqai bildirib ki, sionist rejimin bu addımı tamamilə mənasızdır və dünyanın heç bir ölkəsi tərəfindən qəbul edilmir.

Nazirlik rəsmisinin sözlərinə görə, bu addımı atan rejim özü qeyri-qanuni və ziddiyyətli bir rejimdir. O vurğulayıb ki, sözügedən təşəbbüsün əsas məqsədi islam ölkələrini parçalamaq, regionda bölücülük yaratmaq və regional dövlətləri sionist rejimin təhdidlərinə qarşı daha həssas vəziyyətə salmaqdır.

İsmail Bəqai qeyd edib ki, region ölkələri bu məsələdə vahid mövqe nümayiş etdirir və həm islam, həm də Afrika ölkələri yaydıqları bəyanatlarla bu qərarı açıq şəkildə pisləyiblər.

O əlavə edib ki, Somali xalqı da bu qərara etiraz edib. Bəqainin fikrincə, baş verənlər sionist rejimin antimülh xarakterini bir daha açıq şəkildə ortaya qoyur. "Bu rejimin əsas məqsədi regionda gərginlik yaratmaq, parçalanmanı dərinləşdirmək və münaqişələrə zəmin hazırlamaqdır", - deyə İran XİN rəsmisi vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31