Rusiya XİN: Putinin iqamətgahına hücumdan sonra danışıqlar mövqeyinə yenidən baxılacaq - ÖZƏL
19:29 DünyaRusiyanın danışıqlar mövqeyi Kiyev rejiminin dövlət terrorizmi siyasətinə son keçidi nəzərə alınmaqla yenidən nəzərdən keçiriləcək.
Müvafiq açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov verib.
"Dövlət terrorizmi siyasətinə keçən cinayətkar Kiyev rejiminin son deqradasiyasını nəzərə alaraq, Rusiyanın danışıqlar mövqeyi yenidən nəzərdən keçiriləcək", - deyə o bildirib.
Nazir daha əvvəl bildirib ki, 28-29 dekabr gecəsi Ukrayna Silahlı Qüvvələri Novqorod vilayətindəki Rusiya prezidentinin iqamətgahına terror aktı törətməyə cəhd edib.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31