Somali Prezidenti Türkiyəyə səfər edəcək
18:49 DünyaSomali Prezidenti Hasan Şeyx Mahmud Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə dekabrın 30-da Türkiyəyə səfər edəcək.
Olaylar.az xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" platformasında məlumat verib.
"Görüşlərdə Türkiyə ilə Somali arasındakı ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımlar müzakirə olunacaq. Habelə, keçiriləcək görüşlərdə Somalinin terrorizmə qarşı mübarizədəki rolu, Somali Federal Hökumətinin milli birliyi təmin etmək istiqamətində atdığı addımlar və regional inkişaf da müzakirə olunacaq", - deyə məlumatda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31